BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda "Prius" toydan evə qayıdan kişini vuraraq öldürdü - MƏHKƏMƏ

Binəqədi Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Sərxan Sərxanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 25 iyul 2022-ci ildə, saat 22:35-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Sərxan Sərxanov idarə etdiyi “Toyota Prius" minik markalı avtomobillə 1967-ci iı təvəllüdlü Sakit Məmmədovu (şərti) vuraraq öldürüb.

 

Daha sonra o, saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd: Hadisədən əvvəl Sakit Məmmədov paytaxt ərazisində yerləşən restoranların birindən toy məclisindən evə qayıdırmış.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2023, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin