BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Televiziyalarda çəkilişlər zamanı maskanı və əlcəyi çıxarıram”

“Müvafiq qanunlara edilən dəyişikliklərdən sonra deputatlara karantin rejimi şamil edilmir. Amma bu o demək deyil ki, deputatlar öz sağlamlıqlarına və karantin rejiminin çox mühüm tələblərinə biganə qalmalıdırlar. Bu, qətiyyən belə deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov hesab edir ki, həmrəylik, məsuliyyət və birlik hesabına bu bəlaya qalib gəlmək mümkündür: “Bu baxımdan da “evdə qal” tələbi çox aktualdır. Bu tələbin deputatlar üçün də əhəmiyyəti çox böyükdür. Deputatların zəruri hallarda kənara çıxması məntiqlidir. Əllərin də tez-tez yuyulması vacibdir. Müəyyən spirt vasitələrindən, əlcəklərdən və maskalardan istifadə çox önəmlidir”.

 

Deputat qeyd edib ki, yalnız televiziyalarda çəkiliş zamanı maskanı və əlcəkləri çıxarır: “Digər hallarda isə maskadan və əlcəkdən istifadə edirəm. Ona görə də hesab edirəm ki, hər bir şəxs özünü təcrid siyasətinə sadiq qalmalıdır”.Report

Tarix: 2 Aprel 2020, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin