BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Masallıda baş verən dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, yanvarın 9-u saat 06 radələrində Masallı rayonu Tatyanoba kəndində yaşayan 1985-ci il təvəllüdlü Məcidov Araz Arif oğlu idarə etdiyi “KamAZ 5320” markalı yük avtomobili ilə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu Marışlı kəndi ərazisindən keçən 68,5-ci km-də hərəkətdə olarkən avtomobili eyni istiqamətdə hərəkətdə olan 1959-cu il təvəllüdlü Ağamalıyev Elman Rəhim oğlunun idarə etdiyi “KamAZ 53208” markalı yük avtomobilinin qoşqusuna vurub. Nəticədə Araz Məcidov xəsarət alıb, sərnişini 1985-ci il təvəllüdlü Kiçikbəyov Rahib Elbəyi oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyində İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin