BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank "Araz-Naxçıvan" klubuna cərimə protokolu yazdı

"Araz-Naxçıvan" Peşəkar Futbol Klubu barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, klub barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Gülsüm Əliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 13-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin