BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə qadını vuraraq qaçan sürücüyə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq qaçan Səlim Səlimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 11 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən qeydə alınıb.

 

Belə ki, 1998-ci il təvəllüdlü Səlim Səlimov idarə etdiyi "Changan Alsvin V-7" markalı avtomobillə şəhərin mərkəzi istiqamətinə hərəkətdə olarkən yolu keçən piyada Minayə Əlixanovanı (şərti) vurub. Nəticədə qadın xəsarət alıb.

 

Bundan başqa o, zərərçəkmiş şəxsi vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər verməyib, qadına yardım göstərmədən ərzindən qaçıb.

 

Daha sonra Səlim Səlimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin