BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır

Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və  dezinformasiya xarakteri daşıyır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır. Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır” - məlumatda qeyd olunub.

Tarix: 26 Noyabr 2019, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin