BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məhkəmə onlayn keçirildi, təqsirləndirilən şəxs azadlığa buraxıldı - FOTO

Xətai rayon Məhkəməsində onlayn şəkildə məhkəmə prosesi keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

 

"Təqsirləndirlən şəxs Bakı İstintaq Təcridxanasından onlayn məhkəmə iclasına qoşulmuşdu. İlk dəfə olaraq onlayn məhkəmə prosesinə qoşulmağıma baxmayaraq, məhkəmə həbs qətimkan tədbirini uzatmaqdan imtina etməklə, təqsirləndirilən şəxsi azadlığa buraxmaqla, bu şəraitdə bizləri sevindirdi. Hüquqlarını müdafiə etdiyim şəxs 9 aya yaxın həbsdə idi”, - deyə vəkil qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 2 Aprel 2020, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin