BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ Ukraynanın üzvlüklə bağlı şərtini açıqladı

Ukraynanın Avropa İttifaqına daxil olmasının şərtlərindən biri də müharibənin başa çatması və Rusiya hərbçilərinin Ukrayna ərazisindən çıxarılmasıdır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Avropa Komissiyasının sədr müavini Frans Timmermans deyib.

 

Onun sözlərinə görə, Rusiya qoşunları onun ərazisində olduğu müddətdə Ukrayna Avropa İttifaqına üzv ola bilməyəcək:

 

“Xeyr, Mümkün deyil. Amma bütün ideya ondan ibarətdir ki, Ukrayna bu münaqişədən qalib, suveren, müstəqil, azad ölkə kimi çıxsın və bu seçimi özü etmək imkanına malik olsun. Hesab edirəm ki, Ukrayna bunu reallaşdırmaq üçün mübarizə aparır. Avropa İttifaqı bu məqsədə çatmaqda Ukraynaya dəstək verməlidir”.

 

Xəyal Quliyev

Tarix: 11 Yanvar 2023, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin