BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya neftdən gündəlik 172 milyon dollar zərər edir

Qərb ölkələri tərəfindən dəniz yolu ilə daşınan rus neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsinə endirilməsinin gündəlik zərəri Rusiya üçün 172 milyon dollar təşkil edir.

 

Pravda.az xəbər verir ki, bu barədə Enrgetika və təmiz hava sahəsi üzrə araşdırmalar mərkəzinin (CREA) hesabatında qeyd olunub.

 

“Fevralın 5-dən etibarən məhdudiyyət emal olunmuş məhsullara şamil edildikdə, itirilmiş gəlirlər gündə 280 milyon dollara yüksələcək. Rusiya nefti artıq dünya qiymətlərinin yarısından aşağı qiymətə satılır”, - hesabatda bildirilib.

 

Xəyal Quliyev

Tarix: 11 Yanvar 2023, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin