BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan sonra qonşusunu öldürmək istəyən şəxsdən xəbər var

Ucarda öldürməyə cəhddə təqsirləndirilən Maarif Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə 2022-ci il sentyabrın 28-i axşam saatlarında Ucar rayonunun Küçəkənd kəndində baş verib.

 

Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

 

Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

 

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Hadisədən sonra Maarif Xəlilov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 12 Yanvar 2023, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin