BURADA REKLAMINIZ OLA
BİLƏR

“Direktorluq uğrunda savaşa hər kəsi alət etdilər, Leyla Nəcəfquliyeva keçmiş direktorun gəlinidir”

“Direktorluq uğrunda savaşa hər kəsi alət etdilər. Həmişə demişəm və indi deyirəm, içi özüm daxil başımıza xalq olaraq nə gəlirsə, humanistliyimizdən gəlir. Gözyaşları, azca haray-həşir kifayətdir ki, baş verənlərə soyuqqanlı deyil, əsəbi formada reaksiya verək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Elçin Əfəndiyev bildirib.

Məktəblərdə zorakılıq halları niyə artıb? - Ekspertdən AÇIQLAMA Pravda.az

E.Əfəndiyev qeyd edib ki, sanitar qovşaq məsələsinə görə müəlliməyə (Leyla Nəcəfquliyevanı nəzərdə tutur-red) haqq qazandırır: “Müəlliməyə bunlara görə haqq qazandırmıram:

1. Üzrsüz səbəbdən dərs buraxıb;

2. Şagirdləri təhsildən yayınmağa çağırış edib;

3. Keçmiş direktorun gəlinidir və faktiki direktorla yola getməyərək vəzifə davası aparılır.

4. Azyaşlını üstünü batırmış halda lövhə qarşısında saxlayaraq lentə alıb.

5. Digər şagirdlər də daxil həmin şagirdin üzünü bağalamayaraq görüntülərini yayıb və s.

Əgər şəxsi-qərəzlik zəminində deyil, məhz mövcud problemin həlli ilə bağlı aidiyyatı üzrə müraciət edərək məsələnin həllinə çalışsaydı, bu məsələdə sonunadək dəstək olardım. Amma burda mənim üçün bu mövzu bitdi. Təəssüf…”

 

Kənan

Tarix: 12 Yanvar 2023, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin