BURADA REKLAMINIZ OLA
BİLƏR

Londonun bu addımı Şolts üçün baş ağrısıdır – “Politico”

Böyük Britaniyanın Ukraynaya tank tədarükü istəyi Almaniya kansleri Olaf Şolts üçün baş ağrısıdır.

 

Pravda.az xəbər verir ki, bunu “Politiko” nəşri yazıb.

 

 “Şoltsun mətbuat katibinin sözlərinə görə, Londonun Ukraynaya “Challenger 2” tanklarını tədarük etməsi Almaniya hökumətinin bu məsələdə mövqeyinə təsir etməyəcək. Çünki almanlar hələ də Ukraynaya “Leopard” göndərməyə qərar verməyib”, - nəşr bildirib.

 

Qeyd olunub ki, bununla yanaşı, Britaniya tanklarının tədarükü Şoltsa olan təzyiqləri artıracaq. Çünki Britaniya bu addımı atan ilk ölkə olacaq.

 

Xəyal Quliyev

Tarix: 12 Yanvar 2023, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin