Yanvarın 12-də Medianın İnkişaf Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Pravda.az xəbər verir ki, konfransda çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov 2022-ci ildə görülən işlər barədə məlumat verib.
Bildirib ki, “Media haqqında" qanun 8 fevral tarixində təsdiqlənib, MEDİA tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb.
Ə.İsmayılov qeyd edib ki, jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların nəşri ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub.
Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə “E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib.
Ə. İsmayılov bildirib ki, region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanır. İcmal çərçivəsində yerli jurnalistlərlə silsilə görüşlər davamlı olacaq.
Konfransda beynəlxalq əməkdaşlığın qurulması məsələlərinə də toxunulub. İcraçı direktor deyib ki, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib, Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub.
Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri daxil olmaqla ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşa şəhərində “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forum keçirilib.
İcraçı direktor bildirib ki, MEDİA Agentliyində 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edilib, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.
Ə.İsmayılov deyib ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edilməsini özündə əks etdirən qanun layihəsi hazırlanıb, layihə hökumətdə baxılmaqdadır.
Layihədə qeyd olunub ki, media subyektləri fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad olunur.
Layihəyə əsasən, media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir.
O bildirib ki, indiyədək Media Reyestrində 150 media subyekti qeydiyyatdan keçib, 180 jurnalistin adı reyestrə salınıb.
Konfransın davamında MEDİA-nın İcraçı direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Aytəkin Qardaşova
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin