BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimovdan xəbər var

“Mübariz Mənsimovun hüquqlarını müdafiə edən vəkillərin verdikləri son məlumata əsasən, onun ağrıları var və hələ də yeriməkdə çətinlik çəkir. Bunlar Mübariz bəyin həbs olunmazdan əvvəl limfa üzərində ağır əməliyyat keçirməsi ilə bağlıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun Mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva deyib.

 

F.Quliyeva qeyd edib k, hazırda M.Mənsimovun səhhətində ciddi problemlər müşahidə olunur.

 

Məlum olduğu kimi, bir neçə gün əvvəl Mübariz Mənsimov aclıq orucunu dayandırıb.

 

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov hazırki həbsinin ev həbsi ilə əvəz edilməsi barədə Azərbaycanın və Türkiyənin Prezidentlərinə müraciətlər ünvanlayıb.

Tarix: 2 Aprel 2020, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin