BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araz supermarket”dən kartofların arasında tapılan siçanla bağlı açıqlama: Məhsulları kənd zəhmətkeşlərindən alırıq - VİDEO

“Araz supermarket”lər şəbəkəsi mağazalardan birinin tərəvəz bölməsində siçan aşkarlanması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

 

Şəbəkənin rəsmi nümayəndəsi Pravda.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı Keyfiyyətin İdarəedilməsi Departamenti tərəfindən dərhal araşdırma aparılıb.

 

“Biz müştərilərimizin məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayırıq. Marketlərimizdəki kənd təsərrüfatı məhsullarını ölkəmizin regionlarında çalışan kənd zəhmətkeşlərindən alırıq. Konkret olaraq kartof Tovuz, Cəlilabad kimi rayonlarda becərilir və təzə, təbii məhsul müştərilərimizə təklif olunur. Kənd təsərrüfatı məhsullarının yığımı və qablaşdırılması zamanı içərisinə hansısa zərərvericinin girməsi ehtimalı, təəssüf ki, mümkündür. Odur ki, hər bir marketimiz zərərvericilərlə mübarizəyə dair peşəkar xidmətlə təmin olunur. Belə hal baş verdikdə keyfiyyətə nəzarət komandamızın üzvləri dərhal məsələyə müdaxilə edir, məhsul satışdan kənarlaşdırılır və deratizasiya, yəni gəmiricilərə qarşı mübarizə işləri aparılır. Sözügedən video mağazanın meyvə-tərəvəz bölməsində məhsul boşaldılması prosesi zamanı və satışın həyata keçirilmədiyi vaxtda çəkilib. Təəssüf edirik ki, müştərimiz belə bir halla qarşılaşıb. Mağazalarımızda yaşanan istənilən məsələ ilə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq bizimlə paylaşmağınızı xahiş edirik. Bütün müraciətlər 2 iş günü içərisində cavablandırılır”, - qeyd olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 13 Yanvar 2023, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin