BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran izi” - “İnteraz” və “Salamnyus”un fəaliyyəti ciddi yoxlanılmalı, maliyyə mənbələri araşdırılmalıdır

Hər bir cəmiyyətin daxilinə nüfuz etməyin ən bariz üsulu informasiya ilə mümkün olur. Diqqət edirsinizsə, müharibədə aparıcı rol həm də informasiya vasitələrində olur. Ona görə dövlətlər bu işə xüsusi diqqət ayırırlar. Azərbaycan son illər ölkə daxilində fəaliyyət göstərən xarici media orqanları ilə bağlı mühüm addımlar atıb. Xatırlayırsınızsa, bir neçə il öncə, məhkəmə qaydasında “Azadlıq Radiosu”na və xaricdən maliyyələşən bəzi mətbuat orqanlarına giriş məhdudlaşdırıldı. Təbii ki, bu addım milli, təhlükəsizlik maraqlarından çıxış edilərək atılmışdı. Fəaliyyəti açıq olmayan, maliyyələşməsi qeyri-müəyyən mənbələr hesabına olan mətbu orqanların bloklanması cəmiyyət tərəfindən də müsbət qarşılandı. Proses davam etməkdədir.

 

İndi də “İnteraz” televiziyası və “Salamnyus” agentliyinin fəaliyyəti müzakirə mövzusudur. Adı çəkilən qurumların İrana bağlılığını bilməyən yoxdur. Adi günlərin birində saytı, sosial şəbəkə səhifəsini izləsəniz, mənzərə aydın olur. Doğrusu, bəzi hallarda diqqət çəkməməyə çalışırlar, bu da təbiidir. Acəba, İrana bağlı media orqanı nə işlə məşğuldur? Bunlar Qasım Süleymanini qəhrəman kimi təqdim edirlər. Azərbaycan oxucusuna Süleymaninin qəhrəman kimi təqdim edilməsi nə deməkdir, nə mesaj verirlər? Sirr deyil ki, o, Azərbaycanda konstitusiya quruluşunu devirmək məqsədilə açıq fəaliyyət göstərən, Nardaran, Gəncə hadisələrinin əsas təşkilatçısı olan “Hüseyniyyun” qruplaşmasının “xaç atası” olub. Hətta 1990-cı illərin əvvələrində Ermənistana dəstək verib. Onun “qəhrəmanlaşdırılması” təkcə İrana deyil, elə Ermənistana işləməkdir. Həmin media orqanlarında İran əleyhinə bir informasiya belə, görə bilməzsiniz. O İran ki, az müddət öncə sərhədə texnika toplayıb, Azərbaycana əzələ nümayiş etdirirdi, layiqincə cavablarını verdik. Bu qurumların maliyyə mənbələrinə xüsusi diqqət yetirilməlidir. Şükürlər olsun, bu qədər maliyyə xərcləsələr də, ictimai fikrə təsirləri sıfırdır. Azərbaycanın milli mediasının kölgəsində qalıblar. “İnterAz” kanalının “Wikipedia” səhifəsinə nəzər salaq:

 

2002-ci ildə Rusiya ərazisində Azərbaycan dilində yayımlanıb. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İranın adı heç yerdə keçmir, əsas məsələ də budur, iz azdırmaq niyyəti güdürlər. Kanalın saytında təbliğat, gündəlik xəbərlər üzərindən həyata keçirilir, peyklə yayımlanan verilişlərdə molla rejiminin ideoloji xəttinə uyğun dini verilişlər yayımlanır.

 

İran rejimi kanalı yarandıqdan bir müddət sonra ələ keçirib. Maliyyələşmə və nəzarət işini Hacı Mətləb Bağırov adlı şəxs həyata keçirir, o, Qumda təhsil alıb, Moskvada biznes qurub, İrana mütəmadi səfərlər edir moizələr oxuyur.

“İnteraz” və “Salamnyus”un İRAN SEVDASI: Hacı Mətləbi “agentura şəbəkəsi” üzvünə çevirən ŞOK FAKTLAR

Onun Tale Bağırzadə və dəstəsi ilə sıx əlaqələrinin olduğu deyilir. Kanalın Bakı ofisindəki əsas nəzarətçi Mətləb Bağırovun dostu, İslam Partiyasının üzvü olmuş Rəşad Dadaşov adlı şəxs olub. Bir zamanlar, hətta yüksək əmək haqqı verən mətbu orqan kimi də ad çıxarmışdı. Yüksək maaşla jurnalistlərin cəlb edilməsi siyasəti yürüdülürdü. Təbii ki, bu cəhdləri baş tutmadı.

 

“İnteraz”ın “Azərspace” üzərindən yayımı 2017-ci ildə dayandırılıb, 75 min manata qədər borcu olub.

 

Sonra kanalın yayımı “Türksat”a keçirilib. O cümlədən, baş ofisin Türkiyəyə köçürüldüyü qeyd olunur. Lakin kanalın saytında, həmçinin “Wikipedia”da baş ofisin hələ də Rusiyada olduğu göstərilir.

 

Kanalın Bakı ofisi Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi, ev 2/29 ünvanında yerləşir. “Salamnyus” da həmin ünvandadır.

SalamNews-un 6 yaşı tamam oldu

İranın Azərbaycanda bu cür təbliğatçılarının olması böyük təklükədir. Bakı ofisi ilə bağlı araşdırmalar aparılmalı, tədbirlər görülməlidir. Türkiyə ilə danışıqlar apararaq “Türksat” vasitəsilə yayımlanan “İnteraz”ın Azərbaycan auditoriyasına girişi məhdudlaşdırılmalıdır. Təhlükəsizlik maraqlarından çıxış edərək bu addımları atmaq vacibdir. Yəqin ki, dövlətin müvafiq strukturları məsələni nəzarətə götürəcəklər. Bütün bunlardan sonra “Salamnews”un Media Reyestrinə daxil edilməsi mümkünsüz görünür. Belə olduğu halda, ölkədə girişinə məhdudiyyət qoyulacaq. “Media haqqında” qanun həm də bu cür neqativlərin qarşısını almaq üçün işlənib, hazırlandı.

 

Kənan Mirzəyev

Tarix: 13 Yanvar 2023, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin