BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat başqanının müavini: “Aclıq aksiyası keyfiyyətsiz şorbaya görə deyil, edam edilən türk qardaş və bacılarımıza görə edilməlidir”

“Həqiqət nə qədər acı olsa da, deyilməlidir. Aclıq aksiyası təcridxanada verilən keyfiyyətsiz şorbaya görə deyil, İranda Azərbaycan uğrunda mübarizəyə qalxdığına görə edam edilən türk qardaş və bacılarımıza görə edilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanının müavini Osman Kazımov bildirib.

 

O.Kazımov qeyd edib ki, aksiya diktaturaya etiraz müstəvisində, insanlığa qarşı cinayət müstəvisində, Tərtər cinayətinin günahkarlarının, Polad Həşimovun ölümündə təqsiri olanların məhkəmə qarşısında hələ də dayanmaması müstəvisində olmalıdır.

 

O, bu mövqeyinə görə sosial şəbəkədə tənqid edilib. Bildirilib ki, O.Kazımovun Tofiq Yaqublu ilə bağlı sərgilədiyi mövqe düzgün deyil. 

Tarix: 13 Yanvar 2023, 23:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin