BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhşətli yol qəzası ilə bağlı cinayət işi açıldı - TƏFƏRRÜAT

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, yanvarın 13-ü saat 18 radələrində Mingəçevir şəhər sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əhməd Heybətqulu oğlu idarə etdiyi "QAZ-21031" markalı avtomobillə Mingəçevir şəhəri ərazisində hərəkətdə olarkən qarşıdan gələn həmin şəhər sakini, 1987-ci il təvəllüdlü Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi "Mercedes Benz C" markalı avtomobillə toqquşub.

 

Nəticədə "QAZ-21031" markalı avtomobildə olan Əhməd Əhmədovun özü, həmin avtomobilin sərnişinləri - 1962-ci il təvəllüdlü Cavadov Yolçu Dilən oğlu, 1983-cü il təvəllüdlü Manafov Azər Yusif oğlu, habelə "Mercedes Benz  C" markalı avtomobildə olan sürücü Ülvi Hətəmov, həmin avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü İbrahimov Çingiz Nicat oğlu, 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu və 1989-cu il təvəllüdlü Novruzov Nicat Salman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparılıb. Manafov Azər Yusif oğlu aldığı bədən xəsarətlərindən saat 19 radələrində Mingəçevir Şəhər Mərkəzi xəstəxanasında ölüb.

 

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 14 Yanvar 2023, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin