BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - RƏSMİ

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

 

Pravda.az-ın xəbərinə görə, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat

 

00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı

 

qaydada tətbiq edilsin:

 

1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə

 

arayış əsasında hərəkət etmələrinə yol verilir:

 

1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının

 

əməkdaşları;

 

1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və

 

Aparatının əməkdaşları;

 

1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri

 

və onların müavinləri;

 

2

 

1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və

 

Aparatının əməkdaşları;

 

1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən

 

dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların

 

müavinləri;

 

1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin

 

əməkdaşları;

 

1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin

 

və onun tabeliyindəki qurumların əməkdaşları;

 

1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə

 

fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli

 

əlavə);

 

1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının

 

(müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

 

1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə

 

tutulmuş orqanların əməkdaşları, vəkillər;

 

1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;

 

1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş

 

diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları

 

və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

 

tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

 

1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən

 

tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”

 

portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

 

1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi

 

şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi

 

şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

 

1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

 

30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə

 

fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi

 

şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs

 

yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

 

1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl

 

hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin

 

edilməsi üçün tələb olunan əməkdaşları.

 

1.3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri”

 

Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri,

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

 

Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar

 

“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

 

3

 

1.4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə

 

aşağıdakı hallarda yol verilir:

 

1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə

 

müalicə almaqla əlaqədar;

 

1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə

 

dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə

 

edilməsi zərurəti ilə əlaqədar;

 

1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

 

1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış

 

yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS

 

məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS

 

məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin

 

şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

 

1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə

 

müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə

 

rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və

 

şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli

 

olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti

 

nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla

 

müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

 

1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının,

 

habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən

 

istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün

 

(icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

 

1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla

 

əlaqədar yaşayış yerini tərk etmək üçün.

 

1.6. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

 

1.6.1. Azərbaycan Respublikasının vətəndaşları üçün –

 

şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);

 

1.6.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi

 

yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün –

 

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi

 

yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ

 

(DYİ)1111111);

 

1.6.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma

 

müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər

 

üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın

 

seriyası və nömrəsi (MOM1111111);

 

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə

 

dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə

 

4

 

edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2

 

AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

 

1.7. Elektron Hökumət informasiya sistemindən gələn cavab

 

SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs

 

yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

 

1.8. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət

 

yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın

 

göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya

 

hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən

 

yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq

 

mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının

 

tələbi ilə onlara təqdim etməlidirlər.

 

1.9. SMS icazə sistemindən istifadə qaydaları və SMS

 

göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan

 

Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial

 

İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı

 

Mərkəzinə müraciət edilə bilər.

 

1.10. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər

 

əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər

 

barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat

 

10:00-dan etibarən daxil etməlidirlər.

 

1.11. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti

 

zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması

 

məcburidir.

 

1.12. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının

 

pozulması halları xüsusi karantin rejiminin pozulması kimi

 

qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində

 

nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda,

 

“icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış

 

məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS

 

sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları

 

daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər

 

barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

Tarix: 2 Aprel 2020, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin