BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Playstation klub” oyun zalına gedən yeniyetmə itkin düşdü

Bakıda yeniyetmə oğlan itkin düşüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 11-də paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində qeydə alınıb.

 

Belə ki, 2009-cu il təvəllüdlü Rəhmətulin Nihat Sənan oğlu yaşadığı evdən “Playstation klub” oyun zalına gedib və bir daha geri qayıtmayıb.

 

Bu barədə yeniyetmənin anası Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 15 Yanvar 2023, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin