BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə itkin düşən məktəbli evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıbmış - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, məlumat qeyd olunub ki, Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

 

***

09:09

 

Şəkidə itkin düşən məktəbli evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıbmış.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 14-də Şəki şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi olan Hacıyev Ramazan Seymur oğlu fərdi müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 16 Yanvar 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin