BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaçqın şəhərciyi”nin qarşısında avtomobillə piyadanı vuran sürücüyə hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində avtomobil piyadanı vurub öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən "Qaçqın şəhərciyi”nin qarşısında qeydə alınıb.

 

Belə ki, 1981-ci il təvəllüdlü Zeynal Zeynalov idarə etdiyi "Mercedes Benz C-230" markalı avtomobillə hərəkətdə olarkən yolu yolu soldan sağa keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Vahid Məmmədovu (şərti) vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Zeynal Zeynalov barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 16 Yanvar 2023, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin