BURADA REKLAMINIZ OLA
BİLƏR

Amerikalı general: Priqojin Baxmutu buna görə tutmaq istəyir

Yevgeni Priqojinin bu regionla bağlı müəyyən planları olduğu üçün Soledar və Baxmut rus hərbçiləri və “Vaqner” muzdluları tərəfindən davamlı hücuma məruz qalırlar.

 

Pravda.az-ın xəbərinə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hodces deyib.

 

“Orada nə qədər insanın ölməsinin onun üçün əhəmiyyəti yoxdur. Bu günə kimi vaqnerçilər 5 aydır oradadırlar, lakin hələ də Baxmutu ala bilməyiblər. Priqojin hətta orada resursların təmin edilməsindən danışıb. Ancaq bilmirəm, minlərlə həlak olanların ailələri Priqojinin əsl məqsədinin strateji əhəmiyyətli kəsişmə deyil, gips mədənləri olduğunu bilməkdən məmnun olacaqlarmı? Düşünürəm ki, Baxmut ətrafındakı bütün vəziyyət Rusiya əməliyyatının koordinasiyasının olmamasından xəbər verir. Düşünmürəm ki, Priqojin Surovikindən, o da, Gerasimovdan əmr almır. Bəs kim məsuliyyət daşıyır? Onların razılaşdırılmış planı yoxdur”, - deyə Hodces bildirib.

 

Xəyal Quliyev

Tarix: 16 Yanvar 2023, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin