BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala Kommunal Müəssisələri Kombinatının sabiq baş mühasibi Rəna Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, 1968-ci il təvəllüdlü Rəna Quliyeva Zaqatala Kommunal Müəssisələri Kombinatının baş mühasibi vəzifəsində işlədiyi dövr ərzində həmin Kombinatın direktoru olmuş İlkin Rzayevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək dövlət qurumuna ayrılmış 79 302 manat pulunu mənimsəyib. Bundan başqa, o, İlkin Rzayevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs kimi Kombinatın keçmiş direktoru ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Zaqatala Kommunal Müəssisələri Kombinatının vəzifəli şəxslərinə cinayət işi başlanıb.

 

İttihamda qeyd edilib ki, İlkin Rzayev öldüyünə görə barəsində cinayət təqibinə xitam verilib.

 

Kamal Məmmədov

Tarix: 16 Yanvar 2023, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin