BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə yük maşını piyadanı vuraraq öldürdü

Gəncədə ölümünə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 16 yanvar 2023-cü il tarixdə saat 04 radələrində sürücü, 1988-ci il təvəllüdlü Ələsgərov Eşqin Əli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə hərəkətdə olarkən yolun kənarında dayanmış piyada, 1980-ci il təvəllüdlü Yusifov Mahir Qurban oğlunu ehtiyyatsızlıqdan vurub.

 

Nəticədə M.Yusifov yerləşdirilmiş olduğu Gəncə şəhəri A.Səhhət adına xəstəxanada aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Gəncə şəhər BPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 17 Yanvar 2023, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin