BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan şirkət rəhbəri yenidən məhkəməyə verildi

"Meqa-Siti Holdinq” MMC-nin təsisçilərindən biri, hazırda həbsdə olan Aqil Qədirov məhkəməyə verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə həmin şikayətin digər təsisçisi Maksim Zeynalov Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, o, müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb.

 

İddia Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: "Meqa-Siti Holdinq” MMC tikinti şirkətinin bir neçə təsisçisi var.

 

Şikayətin təsisçisi Aqil Qədirov və MMC-nin direktoru Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

 

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

 

Cinayət işində 33 zərərçəkmiş var.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 17 Yanvar 2023, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin