BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruslar Türkiyədə evlərin qiymətini kəskin artırıb

2022-ci ilin sonunda Türkiyə daşınmaz əmlakın kirayə qiymətlərində ən yüksək artım yaşayan ölkələr siyahısında birinci yeri tutub.

 

Pravda.az xəbər verir ki, bu barədə Britaniyanın “Knight Frank” konsaltinq şirkətinin hesabatında qeyd olunub.

 

“Son 12 ayda bu ölkədə kirayə haqqının qiyməti 2021-ci ilin göstəriciləri ilə müqayisədə orta hesabla 160,6% artıb ki, bu da daha çox Rusiya və Ukrayna vətəndaşlarının bu ölkədə mənzilə tələbatının artması ilə əlaqədar olub. Onlar əsasən İstanbulda və kurort bölgələrində mənzil kirayələyirlər. Antalyada 2022-ci ildə orta kirayə qiyməti ən azı dörd dəfə artaraq ayda 200-600 dollardan 2000 dollara yüksəlib. İstanbulda müvəqqəti mənzil və ya studiyanın minimum qiyməti ayda 1,5-2000 dollar təşkil edir. Baxmayaraq ki, bir neçə il əvvəl 1 min dollara mənzil kirayələmək mümkün idi”, - hesabatda bildirilib.

 

Xəyal Quliyev

Tarix: 17 Yanvar 2023, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin