BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Abıyevin şirkəti məhkəməyə verildi

"Roysi Bom" MMC "Elnur-2" “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Roysi Bom" alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: “Elnur-2” Universal İstehsalat Kommersiya şirkətinin rəhbəri Abıyev Zaur Niyaz oğludur. İnternet vasitəsi ilə qısa araşdırma apardıqda bəlli olur ki, Azərbaycanın cənub zonasında yerləşən rayonların icra hakimiyyətlərinin keçirdiyi iriməbləğli tenderlərin qalibi bir qayda olaraq elə “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.

 

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 22.11.2019-cu il tarixində Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Tenderin şərtinə görə, Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirib.

 

Şirkətin nizamnamə kapitalı 1.60 manatdır.

 

Kamal Məmmədov

Tarix: 17 Yanvar 2023, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin