BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxalif partiya sədri: “Səhv etmirəmsə, Xalq Cümhuriyyəti dövründə Ali Məhkəmə bir orqan kimi mövcud olmayıb…”

“Dəqiq deyə bilmərəm. Səhv etmirəmsə, Xalq Cümhuriyyəti dövründə Ali Məhkəmə bir orqan kimi mövcud olmayıb. Ümumiyyətlə, məhkəmə sistemi Sovet dövründə yenidən yaradılıb. O dövrdə - 1922-ci ildə, həqiqətən də, Ali Məhkəmə adında bir orqan yaradılıb. Bunun Sovet dövründə olub-olmamasının, məncə, əhəmiyyəti yoxdur. Azərbaycan SSRİ-nin tərkibində də bir respublika olub. Bu da bizim tariximizdir və bu tarixi silə bilməyəcəyik. İndi Azərbaycan müstəqil bir dövlətdirsə, o demək deyil, 70 illik tariximizi silib atmalıyıq ki, bu, Sovet dövrünə düşür. Ali Məhkəmə konkret hansı tarixdə yaradılıbsa, yubileyin həmin dövrdən hesablanması məqsədəuyğundur. Düşünürəm, Ali Məhkəmənin 100 illiyinin yarandığı tarixdən hesablanması çox düzgün addımdır”.

 

Bu sözləri Pravda.az-a Aydınlar Partiyasının sədri, hüquqşünas, sabiq deputat Qulamhüseyn Əlibəyli Ali Məhkəmənin 100 iliyinin Azərbaycan Xalq Cümhuriyyəti dövründən deyil, Sovet dövründən hesablanaraq 2023-cü ildə qeyd olunması ilə bağlı yaranan müzakirələrdən danışarkən deyib.

 

Q.Əlibəyli 1918-ci ildə Ali Məhkəmə Palatasının yaradılması ilə bağlı Əsasnamə qəbul edilməsi, Ali Məhkəmənin Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərməsi faktına isə belə cavab verib: “Açıq deyim, tarixi dəqiq bilmirəm. Doğrudan da Ali Məhkəmə Palatası 1918-ci ildə yaranıbsa, onda həmin tarixdən götürülməlidir...”

 

Aytəkin Qardaşova

Tarix: 17 Yanvar 2023, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin