BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya ordusunun sayı 1.5 milyona çatdırılır

Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər, xüsusən də şəxsi heyətin 1,5 milyon nəfərə çatdırılması 2023-2026-cı illərdə həyata keçiriləcək.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

 

“Silahlı Qüvvələrin tərkibində genişmiqyaslı dəyişikliklər, onların sayının artırılması, Rusiya Federasiyasının hərbi-inzibati bölgüsündə 2023-2026-cı illər ərzində həyata keçiriləcək dəyişikliklər müdafiə nazirinin bütün müavinləri, baş komandanlar, komandirlərdən müvafiq səlahiyyətli qərarlar qəbul etmək tələb edəcək”, - Şoyqu bildirib.

 

Xəyal Quliyev

Tarix: 17 Yanvar 2023, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin