BURADA REKLAMINIZ OLA
BİLƏR

İki ay əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü

Füzuli rayonunda 2 ay əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, rayonun, Zobucuq-1 qəsəbəsi sakini Məmmədov Mobil Əliş oğlu 14 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Hacıqabul-Mincivan yolunun Füzuli rayonu ərazisindən keçən 164-cü kilometrliyində hərəkətdə olarkən piyada Hüseynov Qismət Camal oğlunu vuraraq bədən xəsarəti yetirib

 

17 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Hüseynov Qismət Camal oğlu  aldığı xəsarətlərdən Xəstəxanasında ölüb.

 

Toplanmış material əsasında Füzuli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 18 Yanvar 2023, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin