BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda metrostansiyasının yaxınlığında tanışını bıçaqlayan qadın məhkəmə qarşısında

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Fatimə Qasımovanın cinayət işi üzrə ibtidai istintaq başa yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən ilin yayında paytaxtın Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında qeydə alınıb.

 

Belə ki, Fatimə Qasımova tanışı Rufan Əliyevi münaqişə zəminində bıçaqlayıb.

 

Daha sonra qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 18 Yanvar 2023, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin