BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynaya 18 milyarddan daha çox pul lazımdır

Avropa İttifaqı Ukraynaya 18 milyard avroluq kredit paketinin ilk 3 milyard avrosunu göndərdi, lakin bəzi üzv dövlətlər artıq bu məbləğin kifayət etməyəcəyini görürlər.

 

Pravda.az xəbər verir ki, bunu Çexiyanın maliyyə naziri Zbiqnek Stanyura deyib.

 

Stanyuranın sözlərinə görə, bu məbləğ kifayət etməyəcək: “Hər gün Rusiya ordusunun amansız hücumlarını, onların Ukraynanın infrastrukturuna, eləcə də yaşayış məntəqələrinə getdikcə daha çox ziyan vurduğunu görəndə, güman edirəm ki, bu pula ehtiyac düşündüyümüzdən də çox olacaq”.

 

Xəyal Quliyev

Tarix: 18 Yanvar 2023, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin