BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə söyüş üstündə həmyerlisini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Samux rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Allahverdi Yusifovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci il iyulun 27-də Samux rayonunun Hacıalılı kəndi ərazisində yerləşən “İstisu” adlanan subartezian quyusunun yaxınlığında qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü A.Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən A.Yusibov Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə iclasında dindirilən A.Yusibov özünü təqsirli bildiyini deyib. O ifadəsində deyib ki, hadisə söyüş üstündə olub.

 

Kamal Məmmədov

Tarix: 18 Yanvar 2023, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin