BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya 2 milyonluq ordu ilə yeni hücuma hazırlaşır

Rusiya Ukrayna və Avropanın təhlükəsizlik arxitekturasına tam nəzarəti bərqərar etməyə çalışdığı üçün yeni hərbi əməliyyatlara başlamağı planlaşdırır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Estoniya Xarici İşlər Nazirliyinin baş katibi Yonatan Vseviov deyib.

 

“Kremlin ordusununun sayını 2 milyona çatdırmaq planları Rusiyanın növbəti dəfə ikinci hücum təşkil edə biləcəyindən xəbər verə bilər. Əminəm ki, onlar hərbi əməliyyatlar planlaşdırırlar. Onlar həmçinin Qərbi parçalamaq, əzmimizi zəiflətmək üçün diplomatik əməliyyatlar keçirməyi planlaşdırırlar. Ancaq bu cəhdlər uğursuz olacaq”, - deyə Vseviov bildirib.

 

Xəyal Quliyev

Tarix: 18 Yanvar 2023, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin