BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtobus sürücüsü vətəndaşa qarşı dələduzluq etdi

Bakıda 12 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda sərnişinə dələduzluqla edilib.

 

Pravda.az-ın xəbərinə görə, vətəndaş bu barədə sosial şəbəkədə məlumat yayıb.

 

O bildirib ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında avtobusa minib “Yaşıl” marketin yaxınlığına gedib: “Əslində məsafə çox qısadır, sadəcə, əlimdə kitabla dolu sumka və noutbuk olduğu üçün marşrutla getdim. Sürücü avtobusu vəhşi kimi sürürdü, bu, ayrı məsələ. Düşəndə, 5 manat verdim. O da bükülmüş halda manatlıq və qəpik qaytardı. Çantam ağır olduğu üçün heç saymadım. Evdə baxıram ki , 1 manatı 3 dəfə qatlayıbmış ki, çox görünsün. Deməli, 5 manatdan mənə cəmi 1 manat 70 qəpik pul qaytarıb. Bəlkə də çoxları üçün cuzi miqdar ola bilər, amma mənim üçün həqiqətən böyük puldur, çünki min bir əziyyətlə qazanıram. Və o pul mənim həftə sonunadək yol pulum ola bilərdi...”.

 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələyə münasibət bildirib. M.Ağayev deyib ki, sabah 12 nömrəli xətt üzrə daşıyıcı çağırılacaq və ondan izahat tələb olunacaq: “Amma çox təəssüf, avtobusun nömrəsini və ya eyniləşdirmə kodunu yazmamısınız. Belə olan halda, konkret hansı sürücünün iddia olunan qanunsuz əmələ yol verdiyini müəyyən etmək çətindir”.

Tarix: 27 Noyabr 2019, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin