BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağır yol qəzasının təfərrüatı məlum oldu

Göygöldə ağır yol qəzasının təfərrüatı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Tağıyev Aqil Aslan oğlu idarə etdiyi "KamAZ" markalı avtomobillə 18.01.2023-cü il tarixdə, saat 18:50-də Bakı-Qazax avtomobil yolunun 354-cü kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən,1965-ci il təvəllüdlü, Göygöl rayonu Hacıməlik qəsəbə sakini Salmanov Oruc İsmayıl oğlunun idarə etdiyi "Opel Vectra" markalı avtomobill toqquşub. Hadisə nəticəsində "Opel Vectra"dakı sərnişin, 2015-ci il təvəllüdlü Salmanova Ləman Bayram qızı hadisə yerində ölüb, həmin avtomobildə olan 1969-cu il təvəllüdlü Məhərrəmova Tamaşa Məhər qızı sol bazu sümüyünün açıq sınığı, 1991-ci il təvəllüdlü Salmanova Səmiyyə Cəmil qızı isə bədənin müxtəlif nahiyələrinin sıyrığı xəsarətləri alıb.

 

Faktla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin müxtəlif maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 19 Yanvar 2023, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin