BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə prokurorun protestini təmin etmədi

Ali Məhkəmədə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik keçirməkdə təqsirləndirilən Hüseyn Vəlixanovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlətiə ittihamçısının kassasiya protesti təmin edilməyib.

 

İttihama görə, Hüseyn Vəlixanov qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik gətirən zaman saxlanılıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilib. Həmin hökmlə Hüseyn Cinayət Məcəlləsinin 2.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 19 Yanvar 2023, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin