BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə qonşusunu bıçaqlayan şəxslə bağlı QƏRAR

Şəmkir rayonunda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Fəxri Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, F.Əhmədov Cinayət Məcəlləsinin (CM) 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinsin.

 

Xatırlatma: Hadisə 2020-ci il oktyabr ayının 20-də Şəmkir rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlu qonşusu, 1991-ci il təvəllüdlü O.Rəsulovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirib.

 

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İstintaq orqanı tərəfindən onun barəsində CM-nin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülmüşdü.

 

Kamal Məmmədov

Tarix: 19 Yanvar 2023, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin