Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun cinayət işi üzrə məhkəmə istintaqı zamanı ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ramin İsakov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, təxminən 20 ildir Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində ailə üzvləri ilə birlikdə yaşayıb. Uzun illər müxtəlif şəxslərin evində usta kimi tikinti fəaliyyəti ilə məşğul olub.
Zərərçəkmiş qismində tanınan Rəşad İsakzadə onun qardaşıdır. Rəşaddan başqa Raminin iki qardaşı və iki bacısı var. Rəşadla ailəsi ilə birlikdə onun yaşadığı ünvanın qonşuluğunda öz iki mərtəbəli evdə yaşayır. Eyni zamanda atası və anası da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Rəşad da usta kimi fəaliyyət göstərir.
Bir neçə dəfə qardaşına ilə torpaq sahəsini sataraq ayrı-ayrı ev almağı təklif edib. Lakin qardaşıonunla razılaşmayıb və bu səbəbdən aralarında münaqişələr olub. Qardaşı ilə aralarında olan münaqişəyə sonradan valideynləri, eyni zamanda kiçik qardaşı da qarışıb.Bu səbəbdən də bütün ailə üzvləri ilə münasibəti pisləşib.
Ramin İsakovun sözlərinə görə, hadisədən təxminən 2-3 ay əvvəl tanışı “Ataş” adlı şəxs ona bir ədəd əl qumbarası verib. Həmin qumbaranın yararlı olduğunu görərək özü ilə götürüb yaşadığı evə gətirib,qış paltarlarının arasında gizlədib.
Təqsirləndirilən şəxs bildirib ki, əl qumbarasını “Ataş” adlı şəxsin ona verməkdə məqsədi onu ilişdirib tutdurmaq olub.
6 iyul 2022-ci il tarixdə spirtli içki qəbul edərək axşam saatlarında qumbaranı cibinə qoyub yaşadığı məhəllədə, bir neçə ev aralıda yaşayan kiçik qardaşı Raminin evinə gedib. Ramin qeys edib ki, bu zaman özündə olmadığından, əl qumbarasını qardaşının evin həyətinə atıb.
Təqsirləndirilən şəxs söyləyib ki, qardaşı Rəşad ilə aralarında hər hansı pul borcu olmayıb, əl qumbarasını evin içərisinə deyil, həyətə atıb, qumbaranı atarkən qardaşının və onun ailəsinin evdə olmamasını güman edib. O, həmin şəxsləri öldürmək, sağlamlıqlarına zərər vurmaq, eləcə də evi məhv etmək və ya zədələmək niyyəti olmadığını bildirib. Ramin uşaq yaşlarında yıxılaraq, xəsarət aldığından müəyyən vaxtlarda hərəkətlərini anlamaqda çətinlik çəkdiyini, hərbi xidmətdə olmadığını deyib.
Məhkəmənin hökmü ilə o, o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.
Kamal Məmmədov
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin