BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna Tiflisdən bu zirehli maşınları istədi

Ukrayna rəsmi Tiflisdən Gürcüstan istehsalı olan “Didqori” zirehli maşınların təhvil verilməsini xahiş edib.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov deyib.

 

“Gürcü müxbirlər məndən soruşurlar: “Cənab Andrey, “Didqori” sizə faydalı olacaqmı?” Yaralılarımızı xilas etmək üçün humanitar məqsədlər üçün istifadə edilərsə, təbii ki, faydalı olacaq. Amma mən başa düşə bilmirəm ki, niyə Gürcüstan Ukraynaya fərdi mühafizə vasitələri, ilk yardım dəstləri və sahə xəstəxanaları vermir”, - diplomat bildirib.

 

Xəyal Quliyev

Tarix: 19 Yanvar 2023, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin