BURADA REKLAMINIZ OLA
BİLƏR

Mateuş Moravetski: "Almaniyasız da Ukraynaya tank verəcəyik"

Tankların təhvil verilməsi qərarı Rusiyanın növbəti hücumu fonunda Ukrayna üçün çox vacibdir. Polşa Almaniyanın qərarını gözləmədən “Leopard” tanklarını Ukraynaya göndərəcək.

 

Pravda.az xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

 

"Bu qərar Ukrayna üçün kritikdir. Yəqin ki, fevral ayında müxtəlif ekspert hesabatları və təhlillərinə görə, Putin yeni hücuma hazırlaşır. O vaxta qədər ukraynalılar tank və ya piyadaların döyüş maşınlarını yenidən silahlandırmalı və ehtiyatlarını artırmalıdırlar”, - deyə Moravetski bildirib.

 

Baş nazir onu da əlavə edib ki, Polşa Ukraynaya 14 tank təklif edib.

 

Xəyal Quliyev

Tarix: 19 Yanvar 2023, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin