BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını öldürən şəxs: "Uşağı göstərmirəm, polis çağıracam" dediyi üçün onu da bıçaqladım"

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Arzuman Fazilovun cinayət işi üzrə məhkəmə istintaqında verdiyi ifadəsi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, dindirilən zaman deyib ki, mərhum Vusalə Əliyeva ilə 2018-ci ildə boşanıb, lakin sonra barışmış və birlikdə
yaşayıblar.
 

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət birlikdə yaşadıqdan sonra isə Vüsalə ilə yenidən ayrılıb və qadın rayona atasının yaşadığı evə gedib.Hadisə baş verməmişdən 10 gün əvvəl Binə qəsəbəsində yaşayan Fəzail adlı qonşusuna səhvən zəng vurub. Sonra ondan övladlarını görüb-görmədiyini soruşub. Fəzail də övladlarının qonşu uşaqları ilə birlikdə məhəllədə hər gün oynadıqlarını, lakin harada yaşadıqlarını bilmədiyini deyib.


Arzuman Fazilovun sözlərinə görə, son zamanlar Vusalə ona uşaqları ilə görüşməyə imkan verməyib.
 

Onun ifadəsində qeyd edilib ki, 15 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Arzuman pul borcunu almaq üçün Fəzailin yaşadığı məhəlləyə gedib. Küçədən keçən vaxt qızının qonşunun həyətinə girdiyini görüb. Fəzailə zəng edib və qızını çağırmasını, onu görmək istədiyini söyləyib. Fəzail də Samirgilə gedib geri qayıdıb və ona Vusalənin “polis çağıracam, buranı tərk etsin, uşağı göstərmirəm” dediyini bildirib. Bu sözdən sonra Arzumanın halı dəyişib, çünki Vusalə ondan bir neçə dəfə polisə şikayət edib. Bundan o, Samirgilin həyətinə girib, onu görəndə həyəcandan özündən çıxıb, həmin vaxt qadınlar da orada olub. Qadınlar Arzumanım üstünə gəldiklərindən özünü itirib, lakin sonra nə olduğunu, Vusaləyə neçə bıçaq vurmağını xatırlamadığını və qızının onun yanında olmasına belə fikir vermədiyini söyləyib. Bir də özünə gələndə maşına oturduğunu, üstünün qan olduğunu gördüyünü bildirib.


Sonra qardaşına zəng vurub məsələni deyib, qardaşı onu evlərinə aparıb, polisə zəng vurub. Daha sonra gedib polisə təslim olub.


Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Xəzər rayonunda qeydə alınıb.


Belə ki, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1978-ci il təvəllüdlü A.Fazilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanı öldürüb.


Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Kamal Məmmədov 

Tarix: 19 Yanvar 2023, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin