BURADA REKLAMINIZ OLA
BİLƏR

Aytəkin Alxaslıdan Ulvira Qarayevanın ANS barədə iddialarına cavab: “Yıxılana balta vurmayaq…”

Aparıcı Ulvira Qarayevanın ANS Şirkətlər Qrupunda işlədiyi 2010-2016-cı illərdə maaşından pul çıxılmasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fonduna bir qəpik də ödənilməməsi, ödənişlərin “cib”ə getməsi, gələcəyinin oğurlanması barədə paylaşımı müzakirəyə səbəb olub. Bildirilir ki, ANS rəhbərliyi hər zaman həqiqətin, doğruluğun tərəfdarı kimi tanınıb, belə hal yolverilməzdir, ANS-in imicinə xələldir. 


Pravda.az söylənilərlə bağlı uzun müddət ANS-də çalışan tanınmış jurnalist Aytəkin Alxaslının da fikirlərini öyrənib.


A.Alxaslı bildirib ki, o, Ulvira Qarayevanın dediyi dövrlərdə bölgə müxbiri olub: “ANS-in artıq fəaliyyəti dayanıb. Bağlanmış telekanal haqqında irad bildirmirəm. Düzdür, çətinliyimiz, əziyyətimiz çox olub. ANS-də uzun illər - təxminən, 1998-ci ildən 2016-cı ilə qədər işləmişəm. ANS haqqında hansısa mənfi söz işlətmək istəmirəm. Amma həmin vaxt şəxsən biz – bölgə müxbirləri təsərrüfat hesabına işlədiyimiz üçün bölgədə sosial xərcləri özümüz ödəyirdik. Ona görə də bu barədə başqa bir şey deyə bilmərəm. Bu, Ulvira Qarayevanın öz fikridir, hörmətlə yanaşıram. Şəxsən mən belə halla rastlaşmamışam. Olmayan şeyi deyə bilmərəm. Yıxılana balta vurmayaq. Hər halda mən o fikirdə deyiləm. Məni tanıyanlar bilirlər ki, xasiyyətimdə belə bir şey yoxdur. Hansısa mənfi ifadəni işlətməyi “yıxılana balta vurmaq” kimi başa düşürəm. Ona qalsa, mənim o qədər sözlərim var ki, açıb-tökərəm. Bu, konkret ANS-lə bağlı deyil. Görürsünüz ki, hamı danışsa da, mən susuram. İndiki məqamda çox şeylərlə bağlı susmaq daha yaxşıdır. Atalar nahaq deməyib ki, susmaq qızıldır”.


A.Alxaslı jurnalist fəaliyyəti ilə bağlı yazdığı kitabdan da söz açıb: “Artıq əmək fəaliyyətimin 36-cı ilindəyəm. Hazırda “Bizim.media” saytının əməkdaşıyam. Hələ ki kitabın üzərində işləyirəm. Çox maraqlı alınacaq. Sakit tərzdə işləsəm, hər hansı hadisəyə təəssüf etməsəm, ümumiyyətlə, baş verənlərə münasibət bildirməsəm, çox yaxşı alınacaq. Müalicə olunuram, səhhətimdə bir az problem var. Bu günümə çox şükür…”


Aytəkin Qardaşova

Tarix: 19 Yanvar 2023, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin