BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa Birliyi Rusiyaya qarşı tribunalın yaradılmasına səs verdi

Avropa Parlamenti Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı törətdiyi cinayətinin araşdırılması üçün xüsusi beynəlxalq tribunalın yaradılmasına səs verib.


Pravda.az-ın xəbərinə görə, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola deyib.


“Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri çox böyükdür. Öldürülən uşaqlar, qadınlar, kişilər. Ailələr dağıldı. Xəstəxanalar dağıdılır. Evlər, məktəblər dağıdılıb. Bu gün Avropa Parlamenti təcili xüsusi beynəlxalq tribunal tələb edir. Müharibə cinayətkarları ədalət qarşısında cavab verməlidirlər”, - Metsola bildirib.


Qətnamənin lehinə 472 deputat səs verib.

 

Xəyal Quliyev

Tarix: 19 Yanvar 2023, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin