BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Əkrəm Həsənovun mənə böhtan atmasından təəssüflənirəm, gəncdir, səhvini düzəltsin”

“Vəkil Əkrəm Həsənov cərimələrin kasıblara tətbiq edilməsi, varlılardan isə alınmaması ilə bağlı çıxışıma irad bildirib. Doğrusu, təəccübləndim. Vəkil, hüquqşünas necə bu cür danışa bilər? Bilərəkdən və ya bilməyərəkdən faktları təhrif edib. Bildirir ki, Tahir Kərimli xalqa xoş gəlmək üçün bu fikri səsləndirib, Milli Məclisdə çıxış etməli idi. Birincisi, bu çıxışı parlamentdə etmişəm, ikincisi, bu yaşımdan sonra xalqın xoşuna gəlmək niyyətim niyə olsun ki?! Xalqımdan ötrü vəzifəli şəxslərlə düşmən olmuşam. Qarşılığında da heç nə ummuram”.

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

“Əkrəm Həsənov daha sonra bildirir ki, Tahir Kərimli bu çıxışı Vergi Məcəlləsi dəyişəndə niyə etmirdi? Bu boyda böhtan olar? Araşdırın, görün, Vergi Məcəlləsi dəyişəndə Tahir Kərimli neçə dəfə çıxış edib... Səsvermədə də əleyhinə olmuşam. Bir müddət əvvəl, cinayət yolu ilə əldə olunan əmlakla bağlı qanunvericiliyə dəyişiklik ediləndə tək mən çıxış etdim, 28-ə yaxın düzəliş təklifi irəli sürdüm. Adam şər-böhtan atanda, bilməlidir ki, kimə atır... Bəzi insanlar, bilmir, necə şərləsinlər, xalqın xeyrinə dediyin sözü də gözdən salmaq istəyirlər. Vətəndaşların bəziləri bilmir axı, yalana inanırlar, elə bilirlər, doğrudan da, Tahir Kərimli çıxışı parlamentdə deyil, başqa yerdə edib. Əkrəm Həsənovun mənə böhtan atmasından təəssüflənirəm, yaxşı olar ki, gəncdir, səhvini düzəltsin”, - T.Kərimli qeyd edib.

 

Kənan

Tarix: 20 Yanvar 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin