BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramin Hacılı ilə Bəxtiyar Hacıyevin məhkəmə çəkişməsi yenidən başladı

Ali Məhkəmədə Avropa ölkələrinə mühacirətə getmək istəyən şəxslərə saxta arayışlar verməkdə və dələduzluq etməkdə təqsirləndirilən Ramin Hacılının ictimai fəal Bəxtiyar Hacıyevə qarşı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

 

Qeyd: Daha əvvəl Bəxtiyar Hacıyev Ramin Hacılının qeydiyyatda olduğu Füzuli Rayon Məhkəməsinə müraciət edib. O, Ramin Hacılının 2013-cü ildən bəri onun barəsində sosial şəbəkələrdə və mediada irəli sürdüyü iddialarin yalan və böhtan xarakterli olduğunu bildirib.

 

Buna görə də xüsusi ittiham qaydasında şikayət edərək Ramin Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.

 

Məhkəmənin qərarını əsasən, Ramin Hacılı 1500 manat cərimələnib. Daha sonra onun apellyasiya şikayəti təmin edilməyib. Ramin Hacılı həmin qərardan kassasiya şikayəti verib

 

Xatırlatma: Ramin Hacılı bir müddət əvvəl Baş Prokurorluq tərəfindən dələduzluq və saxta sənədlər düzəltmək ittihamı ilə saxlanılaraq həbs edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Hacılı 7 il 7 ay müddətə azadlıqdan məhrum edilib.

 

Ötən ilin dekabrında isə Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Kamal Məmmədov

Tarix: 20 Yanvar 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin