BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə 17 yaşlı oğlanı öldürəndən xəbər var

Gəncə qətl törətməkdə təqsirləndirilən Azər Mövsümovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 2-nə təyin edilib.

 

Qeyd: Ötən il sentaybrın 20-i saat 06 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 20 Yanvar 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin