BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda basqın edilən bankın adı məlum oldu - TƏFƏRRÜAT - ÖZƏL

Bakıda quldurluq hadisəsinin baş verdiyi bankın adı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu hadisə "Bank Respublika” ASC-nin Yasamal rayon filialının inzibati binasında qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Əhədov İmran Səxavət oğlu 19 yanvar 2023-cü il tarixdə, saat 12:15-də sözügedən bankın binasına daxil olaraq orada mühafizəçi işləyən - Yasamal Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə Xidmətinin mühafizəçisi Hüseynov Ceyhun Rahil oğluna yaxınlaşıb. Daha sonra o, bankda olan kassanın yerini soruşub. Həmin zaman C.Hüseynov qeyd olunan şəxsin hərəkətlərindən şübhələnərək onu saxlamağa çalışıb. İ.Əhədov isə əlində olan çantanın içərisindən dəmir parçası çıxarıb mühafizəçinin baş nahiyəsindən vurmaq istəyib. C.Hüseynov zərbənin qarşısını alaraq orada olan digər bank işçiləri ilə birlikdə İ.Əhədovu saxlayıb və onu Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

 

İ.Əhədova məxsus çantanın içərisinə baxış keçirilən zaman tapança tipli predmet, dəmir parçaları, daş çəkici, bıçaq və maska aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 20 Yanvar 2023, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin