BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qardaş hamilə bacısını niyə bıçaqlayıb?

Bakıda qardaşın hamilə bacısını bıçaqlaması hadisəsinin təfərrüatı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 19-u saat 23 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsindəki nömrəsiz ünvanda  qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Yasər Muraz oğlu yaşadığı evdə qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı doğma bacısı Qasımova (Rüstəmova) Yasəmən Muraz qızına qarın boşluğu və döş qəfəsində daxilə nüfuz edən 4 ədəd bıçaq xəsarətləri yetirib.

 

Yaralı ağır vəziyyətdə paytaxt ərazisindəki xəstəxanaların birinə yerləşdirilib.

 

Daha sonra Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Qeyd: Yasəmən Qasımova hamilədir.

 

Kamal Məmmədov

Tarix: 20 Yanvar 2023, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin